Daha bir güləşçimiz Avropa çempionu oldu 

23:48 22.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci olub.

Hafta.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Adlet Tyulbayevə (UWW) qalib gələrək qızıl medala sahib çıxıb. Daha əvvəl Həsrət Cəfərov karyerasında ardıcıl dördüncü dəfə Avropa çempionu olub.